"Əl-Hilal" "Fulhem"in forvardını Neymarın yanına aparır - Maaşı açıqlandı

"Əl-Hilal" "Fulhem"in forvardını Neymarın yanına aparır - Maaşı açıqlandı

İngiltərənin "Fulhem" klubunun serbiyalı hücumçusu Aleksandr Mitroviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Xəbərə görə, onun xidmətində maraqlı olan "Əl-Hilal" bu keçid üçün "Fulhem"ə 55 milyon avro ödəyəcək. Mənbə forvardın özünün hər mövsüm üçün 25 milyon avro maaş alacağını da diqqətə çatdırıb.

Mitroviç 2018-ci ildən "bağbanlar"ın formasını geyinir. 

Qeyd edək ki, "Əl-Hilal" bu yay Malkom, Sergey Milinkoviç - Saviç, Ruben Neveş, Kalidu Kulibali, Yassin Bono və Neymarı transfer edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər