Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu iki dünya ulduzunu bir araya gətirməyi hədəfləyir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, iyulun 4-də "Liverpul"un sabiq forvardı Roberto Firmino ilə 3 illik müqavilə bağlayan "Əl-Əhli" braziliyalı forvardın "Liverpul"dakı sabiq komanda yoldaşını - hazırda "Bayern Münhen"də olan Sadio Maneni də sıralarına cəlb etməkdə israrlıdır.
31 yaşlı Mane ötən yay "Liverpul"u "Bayern"ə dəyişib. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Çelsi"nin sabiq qapıçısı Eduard Mendi də hazırda "Əl-Əhli"nin uğurları üçün çalışır.
Nihat