Əfsanəvi Pepe Reyna İngiltərə nəhənginə qayıda bilər

Əfsanəvi Pepe Reyna İngiltərə nəhənginə qayıda bilər

Əlcəklərini çıxarmaq fikrində olmayan ispaniyalı veteran qapıçı Pepe Reyna karyerasını sabiq klubu "Liverpul"da davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" nəşri məlumat yayıb.

41 yaşlı qolkiper 8 unudulmaz il oynadığı Mersisayd təmsilçisinə qayıtmaq istəyir. 

Düzdür, Reynanın özünü İngiltərə klubunda hansı vəzifədə gördüyü, eləcə də klub rəhbərliyi ilə potensial təmaslar barədə məlumat verilmir. 

Onun "Vilyarreal" ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Xatırladaq ki, Pepe Reyna 2005-2013-cü illərdə "Liverpul"da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər