Keçmiş hakim Əfqan Həmzəyevə yeni vəzifə verilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, çimərlik futbolu üzrə FİFA referisi, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən mütəxəssis Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru təyin olunub.
Xatırladaq ki, 7 fevral 1974-cü ildə Qax rayonunda anadan olmuş Əfqan Həmzəyev ali təhsillidir. 1995-ci ildə Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O, 2001-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2007-cu ildən Premyer Liqa oyunlarında referi kimi fəaliyyət göstərib, elitada 39 dəfə komandaları meydana çıxarıb. 2009-cu ildən çimərlik üzrə FİFA referisidir. 30 dəfə çimərlik üzrə beynəlxalq oyunlarda baş hakim olub. 21 dəfə final oyunlarını idarə edib. Türkiyə, Belarus, Rusiya, Ukrayna və Gürcüstanda keçirilən beynəlxalq turrnirlərdə ən yaxşı hakim seçilib. 2009-cu ildə Dubayda keçirilən dünya çempionatının yarımfinal oyununu idarə edib və FİFA-nın xüsusi medalına layiq görülüb.