Edersonun "Əl-İttihad"a keçidi baş tutmayacaq - Bu qolkiperi alacaqlar

Edersonun "Əl-İttihad"a keçidi baş tutmayacaq - Bu qolkiperi alacaqlar

"Mançester Siti"nin və Braziliya millisinin qapıçısı Edersonun Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a transferi baş tutmayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "Əl-İttihad" onun əvəzinə "Malyorka"nın serbiyalı qolkiperi Predraq Raykoviçi heyətinə qatacaq. Mənbə bu keçidin ərəblərə 11 milyon avroya başa gələcəyini vurğulayıb.

Ederson 2017-ci ildə "şəhərlilər"in formasını geyinir. O vaxtdan bəri MS forması ilə 332 matça çıxan "sambaçı" bu görüşlərdən 155-ində qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər