Eden Hazard "Çelsi"ni tərk edir.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "Real"ın ardınca "Mançester Siti" də belçikalı futbolçuya elçi düşüb.
İngilislərin Hazard üçün "Çelsi"yə 100 milyon funt-sterlinq təklif etdiyi deyilir. 27 yaşlı forvard böyük ehtimalla, "Mançester Siti"yə keçəcək.
Qeyd edək ki, "Çelsi" Hazardı 2012-ci ildə "Lill"dən 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 100 milyon avro qiymət qoyub. 27 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 52 rəsmi matçda 17 qol vurub və 13 məhsuldar ötürmə edib.
Fanat.Az