"Real”ın hücumçusu Eden Azar zədəsini sağaldıb.
Fanat.Az xəbər verir ki, belçikalı ulduz artıq məşqlərə başlayıb. Lakin 30 yaşlı forvard hələlik fərdi məşqlərlə kifayətlənir. Baş məşqçi Zinəddin Zidan onun gələn həftə komandaya dönəcəyinə ümid edir. Çəkisini 4 kq azaldan Azarın gələn həftəsonu baş məşqçinin sərəncamında olması gözlənilir.
Azar "Real”a keçdiyi 2019-cu ildən bəri tez-tez zədələndiyi üçün komandaya gözlənilən köməyi edə bilmir.
Fanat.Az