Eddi İsrafilovun durumuna aydınlıq gəldi - AÇIQLAMA

Eddi İsrafilovun durumuna aydınlıq gəldi - AÇIQLAMA

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan matçında zədələnən Eddi İsrafilovun sağlıq durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun klubu "Neftçi" açıqlama yayıb.

Klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçən Eddinin durumu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı bildirib ki, milli üzvü maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib. Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə olduğu üzə çıxıb. Artıq müalicə başlayıb. Açıqlamaya görə, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra Eddi komanda ilə məşqlərə başlaya biləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər