Eddi Hou İngiltərə yığmasına mümkün təyinatı ilə bağlı danışdı

Eddi Hou İngiltərə yığmasına mümkün təyinatı ilə bağlı danışdı

"Nyukasl"ın baş məşqçisi Eddi Hau İngiltərə millisinə baş məşqçi təyin oluna biləcəyi haqda danışıb.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Kreyq Houp sosial şəbəkələ hesabında təcrübəli mütəxəssisin dediklərini paylaşıb. 

“Mən “Nyukasl”da qalmaq istəyirəm, amma bizim klubla istəklərimiz üst-üstə düşməlidir. İndi İngiltərə haqqında danışmağın mənası yoxdur. Mən komandamı çox bəyənirəm, azarkeşləri sevirəm”. 

Xatırladaq ki, Qaret Sautgeytin bu ayın əvvəlində İngiltərə millisindən ayrılıb. O. 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 102 görüş keçirib, 64 dəfə qalib gəlib, 20 dəfə heç-heçə edib, 18 dəfə məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər