"Yaşadığımız bu məğlubiyyətə görə, son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir".
Fanat.Az xəbər verir ki, bunu qondarma rejimin "rəhbəri" Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, "son onilliklərin bütün liderləri orduda bu cür problemlər yaşadığımız üçün cavab verməlidirlər. Hərkəs bunun qaçılmaz olduğunu dedi. Döyüşmək üçün vəsaitimiz və gücümüz qalmamışdı".
"Facebook” hesabından Ermənistan əhalisinə müraciət edən Arutyunyan gec də olsa, etiraf edib ki, döyüşlər Xankəndinin 2-3 kilometrliyində gedirdi və qeyd olunan müqavilə ilə razılaşmayacaqları təqdirdə itkilərinin daha çox olacağını söyləyib.
Separatçı rejimin başçısı canlı yayımda həmçinin etiraf edib ki, Ermənistan ordusu döyüşlər başladığı gündən təşviş və ixtilaf içində olub.