"Düşündük ki, öləcəyik" - "Kadis"i aparan təyyarə qəza enişi etdi

"Düşündük ki, öləcəyik" - "Kadis"i aparan təyyarə qəza enişi etdi

Göyərtəsində İspaniyanın "Kadis" klubunun futbolçuları və məşqçi heyəti olan təyyarə havaya qalxandan 10 dəqiqə sonra Sevilyaya qəza enişi edib. 

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Boeing 767" markalı hava gəmisinin mühərriklərindən birində problem yarandığı üçün yerə enmək məcburiyyətində qalıb.

Xəbərə görə, "Kadis" yoldaşlıq oyununda iştirak etmək üçün Salvadora uçurmuş. Mənbə futbolçulardan və məşqçilərdən heç birinin xəsarət almadığını, lakin psixoloji sarsıntı keçirdiklərini vurğulayıb. Sözügedən komandanın oyunçusu Aleks Fernandes isə hadisəyə bir cümlə ilə reaksiya verib: "Düşündük ki, öləcəyik".

Xatırladaq ki, "Kadis" 2023/2024 mövsümündə La Liqada 18-ci olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər