"Dünyanın ən yaxşı "9 nömrə"si sənsən" - Patris Evra

"Dünyanın ən yaxşı "9 nömrə"si sənsən" - Patris Evra

"Mançester Yunayted"in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra "Real Madrid"in hücumçusu Kərim Benzemanın dünyanın ən yaxşı mərkəz hücumçusu olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, Evra Benzema ilə şəklini "Twitter"də paylaşaraq bu sözləri əlavə edib:

"Sağ ol, qardaş. Dünyanın ən yaxşı "9 nömrə"si sənsən".

Xatırladaq ki, Benzema bu mövsüm qol və məhsuldar ötürmələrin sayı baxımından Avropanın top-5 çempionatlarının lideridir. Əlcəzair əsilli fransalı 37 qol və 13 məhsuldar ötürmə ilə zirvədə qərarlaşıb. İkinci pillədə "Bayern Münhen"in polşalı forvardı Robert Levandovski (45+4) mövqe tutubsa, PSJ-nin ulduzu Kilian Mbappe (28+17) üçüncüdür.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər