Dünya şöhrətli məşqçi qovuldu

Dünya şöhrətli məşqçi qovuldu

"Zenit" Mirça Luçesku ilə yolları ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sankt-Peterburq rumın mütəxəssisə təşəkkür edib və karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, 71 yaşlı mütəxəssis 12 il çalışdırdığı "Şaxtyor"dan ötən il ayrılaraq "Zenit"ə keçmişdi. "Zenit"ə ötən il Rusiya Kubokunu qazandıran Luçesku Ukrayna klubu ilə UEFA kubokuna (1 dəfə), ölkə çempionluğuna (8), kubokuna (6) və Super Kubokuna (7) sahib çıxıb.

O, əvvəllər vətənində "Korvinul", "Dinamo", "Rapid", İtaliyada "Pisa", "Breşiya", "Recciana", "İnter", Türkiyədə "Qalatasaray" və "Beşiktaş" klublarını, Rumıniya millisini çalışdırıb. Luçesku məşqçi karyerası ərzində 34 titul qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər