Dünya Kuboku: Anna Başta yarımfinalda

Dünya Kuboku: Anna Başta yarımfinalda

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/8 final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, rəqib yaponiyalı idmançı Emura Misakini olub. 15:11 hesabı ilə qalib gələn Başta adını yarımfinala yazdırıb.

***

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/8 finala yüksəlib.

Fanat.Az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.

Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.

Başta yarımfinala yüksəlmək üçün yaponiyalı Misaki Emuraya qalib gəlməlidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər