Dünya çempionu: "Rəhbərlik istədi ki..."

Dünya çempionu: "Rəhbərlik istədi ki..."

Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-23 dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fanat.Az-a müsahibəsi

- Bu il gənclər arasında həm dünya, həm Avropa çempionatında qızıl medal qazanmışdınız, indi isə U-23 DÇ-nin qalibi oldunuz. Hisslərinizi bölüşərsiniz. - Medalların arxasında böyük zəhmət dayanır. Çox sevinirəm ki, burdan da vətənə "qızıl"la dönürəm. Yarış mənim üçün bir qədər çətin oldu. Çünki bu, il ərzində artıq altıncı yarışım idi. 

- Dünya çempionatının startına bir neçə gün qalmış millinin məşqçisi Həsən Əliyevlə danışmışdıq, o, bildirmişdi ki, zədə səbəbindən yarışa aparılmayacaqsınız. Son anda nə oldu ki, adınız heyətə daxil edildi? - Çiynim zədəli idi. Məşqçilər korpusu qərarlaşdırmışdı ki, məni Belqrada aparmasınlar. Amma rəhbərlik istədi ki, gedim güləşim.

Dünya çempionu: "Rəhbərlik istədi ki..."

- Yarışda qarşılaşdığınız rəqiblərin bir neçəsi müəyyən nəticələri olan idmançılar idi. Özünüz hansı görüşü xüsusi qeyd edirsiniz? - Final görüşüm daha çətin alındı. "Qızıl"ın bir addımlığında məsuliyyət çox olduğu üçün qarşılaşma bir qədər gərgin keçdi.

- Sıx qrafikdən danışdınız. Yada salaq ki, bu ayın əvvəli Osloda böyüklərin dünya çempionatına qatılmışdınız. Həmin yarışda medal qazanmamağınızı nə ilə bağlayırsınız? - Xırda bir səhv mənə baha başa gəldi. Parterdə yanlışa yol verdim. Yoxsa orada da final güləşə bilərdim. 

Dünya çempionu: "Rəhbərlik istədi ki..."

- Bir çoxu Oslodakı beşinciliyi sizin adınıza uğur hesab elədi. Özünüz necə düşünürsünüz? - Mən medalsız qaldığım heç bir yarışı uğur hesab eləmirəm. Bu, böyüklərin dünya çempionatı olsa belə.

- Bu templə hamı sizdən Parisdə Olimpiya çempionluğu gözləyir. Ümid bəsləyənlərə nə demək istəyirsiniz? - Ümidləri doğrultmağa çalışacağam. Bir müddət zədələrimi bərpa edib, məşqlərimə davam edəcəyəm. Hədəflərimiz böyükdür. Görüləcək çox işlərimiz var.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər