Dünya çempionu koronavirusa yoluxdu

Dünya çempionu koronavirusa yoluxdu
Fransa yığmasının və "Marsel"in qapıçısı Stiv Mandandada koronavirus aşkarlanıb. 
Fanat.Az xəbər verir ki, bu haqda Fransa Futbol Federasiyasının rəsmi saytında məlumat yer alıb. 35 yaşlı qolkiperin COVID-19 testi müsbət nəticələnib. Mandanda bu gün yığmanın toplanışını tərk edəcək. O, Millət Liqasında sentyabrın 5-də səfərdə İsveç, 3 gün sonra isə evdə Xorvatiya ilə matçı buraxacaq. 
Mandanda Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər