Dubl etdi, həftənin oyunçusu seçildi

Dubl etdi, həftənin oyunçusu seçildi

Avropa Konfrans Liqasında həftənin futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından “Bazel”in (İsveçrə) hücumçusu Zeki Amduni həftənin ən yaxşısı seçilib.

İsveçrədən olan 22 yaşlı forvard “Nitsa” (Fransa) ilə oyunda (2:2) dubl müəllifi olub.

Həftənin ən yaxşı oyunçusu adına Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika) və Nikola Milenkoviç (“Fiorentina”, İtaliya) də namizəd idilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər