Dmitri Nazarovun aqibəti necə olacaq?

Dmitri Nazarovun aqibəti necə olacaq?
"Erzgebirge" millimizin futbolçusu Dmitri Nazarovla bağlı qərarını verib.
Fanat.Az "liga2-online.de" saytına istinadən xəbər verir ki, Aue təmsilçisi 30 yaşlı yarımmüdafiəçini komandada saxlamaq qərarına gəlib. Bildirilib ki, koronavirus səbəbindən yaranan böhrana baxmayaraq, Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise komandada qalacaq.
Nazarovun "Erzgebirge" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər