Dmitri Nazarov yenə məğlub oldu

Dmitri Nazarov yenə məğlub oldu

Futbol üzrə Almaniya 3-cü liqasında 8-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi öz meydanında  “Zvikkau”ya boyun əyib - 0:1.   Start "11-lik"də yer alan Nazarov 90 dəqiqə meydanda olub.   8 tura 3 xal toplaya bilən “Ersgebirge” 20 kollektiv arasında sonuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər