Diniyevdən qol ötürməsi, komandasından növbəti qələbə

Diniyevdən qol ötürməsi, komandasından növbəti qələbə

Türkiyənin 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Manisa”nı qəbul edib.

Diniyev 3:2 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 13-cü dəqiqədə vurduqları ilk qolda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Ümraniyəspor” hazırda 8 xalla 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər