“Difai” “Difai” üzərində qələbəyə sevindi

“Difai” “Difai” üzərində qələbəyə sevindi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Mədinə” Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “Fencing” İdman Klubu və “Difai” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Kuboku”nun növbəti oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, İsmayıllı rayonu Olimpiya İdman kompleksinin stadionunda təşkil olunmuş oyunda İsmayıllını və Xocalını təmsil edən “Difai” komandaları üz-üzə gəliblər.

Tədbirdə "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyi, “Difai” Futbol Klubu, İsmayıllı Rayon icra hakimiyyəti, Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayonu şöbəsinin  sədri, İsmayıllı Olimpiya İdman Kompleksinin rəhbərliyi, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak ediblər. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb. Çıxış edənlər cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışıb, başda cənab Prezident İlham Əliyevə, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlərini bildiriblər.

Oyun isə 2:0 hesabı ilə İsmayıllını təmsil edən “Difai” komandasının qələbəsi ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər