"Roma"nın futbolçusu Paulo Dibala karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Xəbərə görə, argentinalı hücumçu İtaliya təmsilçisini tərk etməyəcək. Mənbə təcrübəli forvardın "Qalatasaray" və digər Avropa klubları ilə razılığa gələ bilmədiyini vurğulayıb.
"Transfermarkt" portalı 30 yaşlı forvardın transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Qeyd edək ki, cari mövsüm "canavarlar"ın forması ilə bütün turnirlərdə 19 matça çıxan Paulo 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov