Dəniz Yılmaz yeni klub tapdı

Dəniz Yılmaz yeni klub tapdı
Millimizin sabiq üzvü Dəniz Yılmaz özünə yeni klub tapıb. Fanat.Az xəbər verir ki, bu barədə onun müqavilə ilə bağlı olduğu "Bursaspor"un prezidenti Ali Ay məlumat verib.
Klub rəhbəri bildirib ki, bu ay 4 futbolçu ilə - Dəniz Yılmaz, Bilal Kısa, Merter Yüce və İsmail Konukla yollarını ayıracaqlar: "Biz onlarla xoşluqla yollarımızı ayırmaq istəyirik. Deyəsən artıq özləri klub tapıb. Yaxın günlərlə müqavilələri qarşılıqlı razılıq əsasında pozulacaq".
Qeyd edək ki, Dəniz Yılmazın xidmətində "Gənclərbirliyi" və "Ərzrumspor"un maraqlı olduğu bildirilirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər