"Demirdim ki, komandada mənfi ab-hava yaranmasın" - Zlatan İbrahimoviç

"Demirdim ki, komandada mənfi ab-hava yaranmasın" - Zlatan İbrahimoviç

"Milan"ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç karyerasını niyə bitirmək istəmədiyini deyib.

Fanat.Az xəbər verir ki, onun söylədiklərini "Calciomercato" belə çatdırıb:

"Niyə karyeramı bitirmirəm? Çünki hələ azarkeşlərin həyəcanını, qazonun qoxusunu hiss edir, bundan zövq alıram. Futbol mənim üçün adrenalindir. Hələ peşəkar futbol oynamaqdan doymamışam. Daha artığını etmək istəyirəm. Oynayıramsa, deməli, diriyəm. Əməliyyatı yalnız oynaya bilmək yox, həm də sağalmaq üçün etdirmişəm. Ötən mövsümün son altı ayında çox əziyyət çəkdim. Bunu demirdim ki, komandada mənfi ab-hava yaranmasın".

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan" forması ilə rəsmi matça çıxmayıb. Bərpa dönəmini geridə qoyan Bosniya əsilli isveçli forvardın gələn ilin yanvarından yaşıl meydanlara qayıdacağı gözlənilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər