"Bayern Münhen"in sabiq müdafiəçisi Martin Demiçelis karyerasını Argentinada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "River Pleyt"in baş məşqçisi olacaq.
Bu barədə məlumatı Münhen klubu yayıb. Demiçelis bu postda Marselo Qalardonu əvəzləyəcək. "Bayern Münhen"də isə 41 yaşlı mütəxəssisin baş məşqçisi olduğu gənclərdən ibarət komandanı Holqer Zayts çalışdıracaq.
Mirağa