Seneqallı hücumçu Demba Ba İsveçrənin "Luqano" klubunu tərk edib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 36 yaşlı forvardın müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Ba iyunda "Luqano" ilə 1 illik müqavilə imzalamışdı. O bu klubda 3 oyuna çıxmışdı.
Nihat