De Yonqun "Barsa"dakı aqibəti necə olacaq? - Deku açıqladı

De Yonqun "Barsa"dakı aqibəti necə olacaq? - Deku açıqladı

"Barselona"nın idman direktoru Deku komandanın yarımmüdafiəçisi Frenki de Yonqun gələcək taleyi ilə bağlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Mundo Deportivo" klub rəsmisinin dediklərini belə çatdırıb:

"Onun indiyədək tanımadığım agentlərinə əlaqə yaratmaq üçün bir neçə mesaj göndərmişəm. Ancaq Frenki ilə indiyədək yeni müqavilə barədə danışmamışıq. Yeganə dialoqumuz mən idman direktoru vəzifəsinə təyin ediləndən sonra olub. Yəni tanışlıq məqsədi ilə ünsiyyət qurmuşuq. Frenki də Pedri, Qavi, Arauxo və Gündoğan kimi klubun xoşuna gəlir. Bu futbolçular hələ yetərincə uzun müddətə klubda qala bilərlər. De Yonq ideal yaşdadır və əla səviyyədə futbol sərgiləyir. Bu səbəbdən qalmasını istəyirik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər