De Byazinin Əsədova atdığı təpik sevinc jesti imiş - AÇIQLAMA

De Byazinin Əsədova atdığı təpik sevinc jesti imiş - AÇIQLAMA

Dünən futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını qəbul edib. Görüş yığmamızın 3:0  hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Oyunun sonlarında üçüncü qolun vurulmasından sonra baş məşqçi Canni De Beyazinin qolu qeyd edərkən köməkçisi Arif Əsədovu vurması geniş müzakirələrə səbəb olub. Bununla bağlı səbəbkarla əlaqə saxlayıb məsələyə münasibətini soruşduq.

De Byazinin Əsədova atdığı təpik sevinc jesti imiş - AÇIQLAMA Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:

"O hal sevincdən idi. Bizim öz aramızda yaxşı münasibətlərimiz var. Biz azlıqda qaldıqda diskusiya apardıq. Fikirlərimizin üst-üstə düşməyi və əvəzetmələrdən sonra nəinki qol buraxdıq, hətta qol da vura bildik. Üçüncü qolu vuranda hamımız sevindik. Çünki Emin Mahmudovun qolu həm də möhtəşəm alındı. De Byazinin etdiyi sevinc hissindən doğan jesti idi. Təpik demək olmaz, sadəcə baş məşqçinin içindən gələn sevinc idi. Pozitiv baxmaq lazımdır. Yenə deyirəm, o, sevinc göstərisidir və əvəzetmələrin uğurlu alınmasına görə idi". Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər