"Mançester Yunayted"in qapıçısı David De Xea komanda yoldaşı Kriştianu Ronalduya heyran olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" 31 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"O, əladır. İş səviyyəsi öz sözünü deyir. O, öz sağlamlığına baxır, daim diqqət mərkəzindədir və hər məşqə fədakarlıqla yanaşır”.
Emin