David Alabadan xəbər var - Nə vaxt oynaya biləcək?

David Alabadan xəbər var - Nə vaxt oynaya biləcək?

"Real Madrid"in müdafiəçisi, zədə səbəbindən iki həftədir yaşıl meydanlarda görünməyən David Alaba məşqlərini bərpa edib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, avstriyalı futbolçu kollektiv çalışmalara start verib. Alaba beynəlxalq fasilədən sonra meydana qayıtmağa hazır olacaq. Karlo Ançelottinin komandası növbəti oyununu oktyabrın 21-də "Sevilya"ya qarşı keçirəcək.

31 yaşlı avstriyalı müdafiəçi sentyabrın 27-də "Las Palmas"la oyunda sıradan çıxmışdı. O, son 2 turda komandasına kömək etməyib. Alaba cari İspaniya çempionatında 7 oyun keçirib və bir məhsuldar ötürmə edib, iki sarı vərəqə alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər