Danimarka inanılmaz nəticə ilə mundialda! - 27:0

Danimarka inanılmaz nəticə ilə mundialda! - 27:0

Dünən Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni sona 2 tur qalmış təmin edən Danimarka millisi seçmə mərhələdə inanılmazı reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Kasper Yulmannın yetirmələri F qrupunda çıxdıqları 8 oyununun hamısında qol buraxmadan qələbə qazanıb.

Ümumilikdə rəqiblərinə 27 qol vuran şimallılar qapısında qol görməyib. Belə ki, Skandinaviya təmsilçisi İsraili (2:0, 5:0), Moldovanı (8:0, 4:0), Avstriyanı (4:0, 1:0), Farer adalarını (1:0) və Şotlandiyanı (1:0) yenib.

Qeyd edək ki, Almaniya millisi də DÇ-2022-nin final mərhələsində oynamaq hüququ qazanıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər