“Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik” - Samir Abasov

“Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik” - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 30-cu turunda "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Bizdən qat-qat yaxşı komandaların burada nə problemlər yaşadğını görmüsüz. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. İlk hissədə rəqib qapanmışdı. Top onlarda olanda biz də o vəziyyətdə olurduq. İkinci hissədə "Şamaxı" da irəliyə atıldı. Ona görə daha çox hücumlar edə bildik. Oyun davam etdikcə futbolçular açılışır. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Amma buna heyfslənmirik, Çempionat davam edir. Ən əsası evdəki matçlarda qələbə qazanmalıyıq. Səfərdə "Kəpəz"ə də məğlub olmasaq, ümid etmək olar. Bunu da etməyə çalışacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər