“Daha da inkişaf etməyə ehtiyacımız var” - Elmar Baxşıyev

“Daha da inkişaf etməyə ehtiyacımız var” - Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Qəbələ” ilə ev oyunundan sonra (2:0) keçirilən ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, mütəxəssis belə danışıb:

“Dinamik oyun oldu. Cavidlə Vüqar “Şamaxı”da yaxşı işlər görürlər. Topa nəzarət etmək, hücumda yaxşı çoxalmaq istəyirdik. Daha da inkişaf etməyə ehtiyacımız var”.

- Allaş 2 qol vurdu. Başqa mövqelərdə də fayda verə bilərmi? - 3 mövqedə oynaya bilir. Komandaya hələ tam uyğunlaşmasa da, ondan gözləntilərimiz böyükdü. Gələcəkdə daha yaxşı Allaş görəcəyimizə inanıram.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər