“Daha çox çalışmalı və keyfiyyəti artırmalıyıq” - Bayramov

“Daha çox çalışmalı və keyfiyyəti artırmalıyıq” - Bayramov

Misli Premyer Liqasının 17-ci turunda "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul etdi. Görüş Tovuz təmsilçisinin minamal hesablı 1:0 qələbəsi ilə yekunlaşdı.

Bu gün "Boz qurdlar"ın təcrübəli qapıçısı Kamal Bayramovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

“Çox yaxşı və intizamlı komandaya qarşı matçın çətin olacağını hiss edirdik və belə də oldu. Gərgin mübarizəli bir futbol oldu. Əlbəttə,  həftə ərzində baş məşqçi oyun üçün lazımi analizləri detallı şəkildə  izah etmişdi. Bu yöndə çalışmalarımız oldu. Uzun müddətdir ki, yaxşı futbol oynasaq da, nəticə qazana bilmirdik. Daha da çox çalışmalı və keyfiyyəti artırmalıyıq. Qələbə hamı üçün xoşdur. Azarkeşlərimizi təbrik edirəm”.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər