Daha bir millimiz Makedoniya ilə qarşılaşacaq

Daha bir millimiz Makedoniya ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yarışa qatılacaq. Yığmamız bu məqsədlə gələn ay Bosniya və Herseqovinaya yollanacaq.
Fanat.Az xəbər verir ki, Ramin Quliyevin yetirmələri UEFA-nın inkişaf turnirində mübarizə aparacaqlar. 
Aprelin 10-da start götürəcək yarış beş günü əhatə edəcək. Millimiz turnirdə ev sahibləri Bosniya və Herseqovina ilə yanaşı, Xorvatiya və Makedoniya ilə üz-üzə gələcəklər.
Komandamız aprelin 3-də yığışacaq. Yığma Bosniya və Herseqovinaya isə aprelin 8-də yollanacaq. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər