Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker vəfat edib.
Fanat.Az xəbər verir ki, 76 yaşlı Kes Bakkerin ölümünə səbəb koronavirus pandemiyası olub. Sabiq prezident martın 21-də xəstəxanaya yerləşdirilib. Onun ağ ciyərində xərçəng şişi də olub.
Qeyd edək ki, Kes Bakker 2003-2004, 2008 -2009 və 2016-2017-ci illərdə "Vitess"in prezidenti olub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb.
Onu da qeyd edək ki, bundan əvvəl "Real"ın sabiq prezidenti Lorenso Sans koronavirusdan vəfat edib.
Fanat.Az