Daha bir İngiltərə nəhəngi Rays uğrunda mübarizəyə qoşuldu

Daha bir İngiltərə nəhəngi Rays uğrunda mübarizəyə qoşuldu

"Arsenal" və "Mançester Yunayted"in almaq istədiyi Deklan Rays növbəti mövsümə başqa İngiltərə nəhəngində başlaya bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Xəbərə görə, 24 yaşlı Raysın klubuna - "Vest Hem"ə 105 milyon təklif edən "Arsenal"ın rədd cavabı alması və MY-nin konkret addım atmaması "şəhərlilər"in irəli atılmasını şərtləndirib. Çempionlar Liqasının son qalibinin istedadlı futbolçunu rənglərinə bağlamaq üçün "çəkicdöyənlər"ə yetərincə cəlbedici təklif hazırladığı bildirilib.

Qeyd edək ki, peşəkar karyerasına "Vest Hem"də başlayan Rays 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 37 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran yarımmüdafiəçi 2 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər