Dadaşovlu “Şalke” səfərdə məğlub oldu

Dadaşovlu “Şalke” səfərdə məğlub oldu

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.   “Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər