Dadaşov "fərqləndi", komandası uduzdu

Dadaşov "fərqləndi", komandası uduzdu

Azərbaycan millisinin üzvü Renat Dadaşov Frankfurtun “Ayntraxrt” klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, gənc hücumçunun komandası Gənclər Liqasının cənub-qərb zonası üzrə çempionatın XXII turunda “1860 Münhen”lə qarşılaşıb. Görüş Dadaşovun komandasının məğlubiyyəti ilə başa çatıb – 3:1.

 

Renat bu oyunda 90 dəqiqə meydanda olub. O, oyunun 44-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, “Ayntraxt”  XXII turunda 29 xalla 7-ci pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər