Futbol üzrə İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Bazel”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Renat meydana start "11-lik"də çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 37-ci dəqiqədə Dadaşov vurub.
“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.