Dadaşov oynadı, komandası liderliyini qorudu

Dadaşov oynadı, komandası liderliyini qorudu
ABŞ birinci liqasında 12-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Şarlott İndependens” ilə qarşılaşıb. "Finiks Rayzinq” bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu mövsüm 11 oyuna 23 xal toplayan "Finiks Rayzinq” hazırda liderdir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər