Dadaşov komandasını yarımfinala daşıdı

Dadaşov komandasını yarımfinala daşıdı

Futbol üzrə Portuqaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rio Ave” ilə qarşılaşıb. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda 1:0 hesabıyla qalib gələn “Tondela” yarımfinala vəsiqə qazanıb.

Renat əlavə vaxtda – 95-ci dəqiqədə meydana buraxılıb. O, meydana çıxandan cəmi bir dəqiqə sonra komandasının qələbə qolunu vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər