Dadaşov komandasına qələbə qazandırdı

Dadaşov komandasına qələbə qazandırdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 15-ci turunda “Kottbus”la qarşılaşıb və səfər matçında 1:0 hesablı qələbəyə sevinib.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da 63-cü dəqiqədə Rüfət vurub.

“Dinamo” hazırda 29 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər