DÇ: Yığmamız bu gün 1/8 final oyununa çıxacaq

DÇ: Yığmamız bu gün 1/8 final oyununa çıxacaq

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Elşad Quliyevin yetirmələri G qrupunda keçirdikləri hər üç görüşdə qələbə qazanmışdılarsa, Portuqaliya H qrupunu ikinci pillədə başa vurub. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər