DÇ-nin şərhçiləri müəyyənləşdi - İTV-dən açıqlama

DÇ-nin şərhçiləri müəyyənləşdi - İTV-dən açıqlama

Qətərdə keçiriləcək dünya çempionatının yayım hüququna sahib "İctimai TV"də oyunların şərhçi heyəti bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov "Radio Enerji"də (101.1 FM) yayımlanan "Səhərin şərhi" proqramına açıqlamasında deyib. 

Onun sözlərinə görə, mundialın matçlarını kanalın əməkdaşları Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyevlə yanaşı, "CBC Sport"dan olan həmkarları Pərviz Musayev, Ramiz Mirzəzadə, Elnur Məmmədli, Ramil Cahangirov və Gündüz Abbaszadə şərh edəcək. Qətərdə təşkil olunan DÇ-2022 noyabrın 20-də start götürəcək və dekabrın 18-də başa çatacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər