DÇ: Gimnastlarımız hər iki finalda 6-cı oldu

DÇ: Gimnastlarımız hər iki finalda 6-cı oldu

Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub.

Fanat.Az xəbər verir ki, mundialın son günündə qrup hərəkətləri komandaları 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlə final çıxışlarını nümayiş etdiriblər.

Topla proqramda 6-cı yeri tutan Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektivimiz 3 halqa və 2 cüt gürzlə hərəkətlərə görə hakimlərdən 38.650 bal alıb. Bu nəticə ilə komandamız sonda yenə 6-cı pillədə qərarlaşıb.

Çempion 42.275 balla İtaliya gimnastları olub. Rusiya ikinci (40.950), Yaponiya üçüncü nəticə göstərib (40.900).

Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 29-da baş tutan çoxnövçülük yarışında da 6-cı yeri tutub.

*** 13:35

Qrup hərəkətləri komandamız dünya çempionatında topla çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, Darya Sorokina, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət kollektiv hakimlərdən 38.050 bal alaraq 6-cı yeri tutub.

Çempion 46.000 balla Rusiya komandası olub. İtaliyalı xanımlar gümüş (45.600), Yaponiya gimnastları isə bürünc medallara sahib çıxıb (44.500).

***

Bu gün Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə dünya çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, oktyabrın 27-də start götürən mundialın son günündə 8 qrup hərəkətləri komandası 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlə final çıxışlarını nümayiş etdirəcək. Azərbaycan millisi hər iki proqramda mübarizə aparacaq.

Darya Sorokina, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət kollektiv öncə 5 topla hərəkətləri icra edəcək. 

Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, komandamız çoxnövçülükdə 6-cı yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər