DÇ-də son günün püşkü atıldı

DÇ-də son günün püşkü atıldı

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, iyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub.

Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) - Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) - Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər