DÇ-2023-ün rəsmi topu təqdim olundu

DÇ-2023-ün rəsmi topu təqdim olundu

2023-cü ildə keçiriləcək minifutbol üzrə dünya çempionatının rəsmi topu təqdim olunub.

Fanat.Az "Sport.es"-ə istinadən xəbər verir ki, mundial iştirakçıları "Senzor-Star Match" adlı 5 nömrə "Erima" topu ilə oynayacaqlar.

DÇ oktyabrın 26-dan noyabrın 4-dək Ras Əl-Xaymədə (BƏƏ) keçiriləcək. Azərbaycan millisi Küveyt, Misir və İraq komandaları ilə birgə G qrupuna düşüb.

Dünya Futzal Federasiyası (WMF) tərəfindən təşkil edilən ən böyük yarış "6-nın 6-ya" formatında keçirilir. Builki dünya çempionatı sayca 4-cü belə turnir olacaq.

DÇ-2023-də, hər birində 4 komanda olan 8 qrupa bölünən 32 milli iştirak edəcək. Hər qrupdan ən yaxşı iki güclüsü 1/8 finala yüksələcək, sonra isə turnir pley-off sistemi ilə keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər