DÇ-2023: Mundiallar tarixinin yubiley qolunu zambiyalı vurdu

DÇ-2023: Mundiallar tarixinin yubiley qolunu zambiyalı vurdu

Futbol üzrə qadınlararası dünya çempionatlarının tarixində 1000-ci qol vurulub.

Fanat.Az sözügedən yarışın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, yubiley qolunun müəllifi Zambiya millisinin oyunçusu Barbara Banda olub.

23 yaşlı hücumçu DÇ-2023 çərçivəsində hazırda davam edən Kosta-Rika ilə matçın 31-ci dəqiqəsində penaltidən fərqlənib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və Afrika təmsilçisi 2:0 hesabı ilə öndədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər