DÇ-2023: Fransa seçməsi darmadağınla 1/4 finalda

DÇ-2023: Fransa seçməsi darmadağınla 1/4 finalda

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/8 final mərhələsinin son oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, Avstraliyanın Adelaide şəhərindəki "Hindmarş" stadionunda baş tutan matçda Fransa və Mərakeş milliləri üz-üzə gəliblər.

Oyun Avropa təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa seçməsi 1/4 finalda Avstraliya yığması ilə qarşılaşacaq.

DÇ-2023 Fransa - Mərakeş 4:0 Qollar: Kadidyatu Dyani, 15. Kenza Dali, 20. Ejeni Le Somme, 23; 70

Qeyd edək ki, iyulun 20-də start götürən DÇ-2023 Avstraliya və Yeni Zelandiyada keçirilir. Turnir avqustun 20-nə qədər davam edəcək. Mundialın son qalibi ABŞ millisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər